Təbiət
səxavətlidir, əgər zəhmət sizinlə yoldaşdırsa. Xüsusilə də yayda. İnsanların “
qara qarışqa kimi” işlədiyi ilin bu vaxtında sanki təbiət öz səxavət kisəsinin
ağzını açır. Hər yer, meşə, çöl, bağlar məhsulla dolu olur. Yay almasından tutmuş əriyə, armuddan tutmuş
meşə çiyələyinə qədər hər şey əlinizin altındadır. Bu günlərdə isə böyürtkən
mövsümü başlayıb. Əslində 10 gün əvvəl tez yetişən növünü dadmışdıq. İndi əsasən mürəbbə və kompot üçün olan nisbətən
uzun müddətli növü yetişməkdədir. Yol qırağında, meşədə, ot bağlarının kənarında
bitən böyürtkənin bitmə yerinə görə dadı da fərqlidir. Ən dadlı növ meşədə bitən
uzun və şirin böyürtkən sayılır. Digərləri isə bir az turş olur. Böyürtkən
yığmaq qızların, gəlinlərin həm çox
sevdiyi həm də sevmədiyi işdir. Ona görə sevirlər ki, səhər tezdən evdən
çıxırlar və axşama qədər kəndin qeybətini
etməyə vaxtları olur. Vedrələrinin içinə bir az pendirdən çörəkdən qoyub
üz tuturlar ins-cins olmayan kimsəsiz yerlərə. Vedrələrini doldura doldura
kiminin evini yıxır, kiminin torbasını tikirlər. Bu işi sevmirlər ona görə ki,
böyürtkən kolunun tikanı əl-ayaqlarına batır, neçə gün ağrısı keçmir. Amma əlbəttə
ki qeybətin gücü tikanın ağrısından daha təsirlidir. Günəş yavaş -yavaş çəkilir öz yerinə, əl-ayağını tikan yaralamış yorğun qızlar vedrələrini yellədə-yellədə kəndə doğru gəlirlər. Evə çatar-çatmaq ilk iş nə qədər böyürtkən yığdığını ölçmək olur. Səhər tezdən həyətin ortasında ocaq qalanır, analar işə girişir. Ya kompot, ya da mürəbbə bişirmək üçün hazırlıq görürlər.
The
nature is kind, if you are a friend with hardship. Especially in
summer. While people work “as black ant” in this time of year, as if nature
opens its sack of kindness. Everywhere, forest, fields is full of crop. From
summer apple to apricot, from pear to forest
strawberry everything is under your hand. In this days, blackberry season is
started. In fact season of its early riped type started 10 days ago. Now, mostly, we are
picking for jam and juice. The taste of blackberry differs from its place, such
as forest, field or road. The most tasteful type is blackberry of forest, which
is more longer and sweeter than others. Picking blackberry is girls favorite
work and at the same time tough work. It is favorite, because they go out early
morning, and they have time till evening to make gossip about everyone in the village. By putting some bread and cheese inside of
their bucket, they go to fields where is nobody else. While they pick
blackberry from bushes they make gossip not only about village people but also
about everyone. I must say it is also dangerous to be their gossip topic.
They don’t love
this work either because thorns of blackberry hurts girls hands and feet. Its
pain lasts for several days. But of course the power of gossip is more strong
than the pain of thorn.
Sun is
going back to its place, girls whose feet and hands are injured by blackberry
thorns go to their village. When they
reach home, the first thing is to know how much blackberry they picked.
At early
morning, in the middle of yard they make a fire, mothers start working. They
make preparations for jam or juice.
Comments
Post a Comment