Çayı sevməyən adam təsəvvür etmək çətindi. Xüsusilə də yayda. Nə vaxt olur olsun çaydan imtina etməz heç kim. Amma günün elə bir vaxtı var ki, həmin vaxt çayın ləzzəti başqa olur. Yayda gün batandan sonra, başqa sözlə desək məğrib azanından sonra. Hava yavaş-yavaş qaralır, çöldə olanlar evə yığışır. Gün batanda samovara od atılır, stəkana da qənd, qalır yarı gözləmək☺☺
Kənddə hər şeyin təbii olanı istifadə edildiyi üçün, ərinməyib qəndi də özümüz hazırlayırıq. Şəkər tozunu əritməklə hazırlanan bu qəndin dadı tamam fərqlidir. Deməli şəkər tozunun üzərinə su və ya süd əlavə edib əridirlər. Şərbət halında olanda içinə qoz, kakao, istiot, sarıkök tökürlər. Tam bişdikdən sonra donması üçün daha dayaz qaba tökürlər. Donduqdan sonra isə doğrayıb çay içirlər. Bir cümləlik proses sizə asan gəlməsin. Təzə gəlinlər o yana qalsın, heç "mənəm-mənəm "deyən qadınlar bunu bişirə bilmir. Kəndə bir neçə qadın var ki, onun bişirdiyi "pesok qəndi" adla tanınır.
*************************************
İt is hard to imagine someone who dont like tea. Especially in the summer. Nobody denies tea whatever time is. But there is one moment of a day which taste of tea is quite different. In summer after sunset, in other words after magrib azan. It is getting darker, everyone comes home. When sun sets, mother puts coal to samovar, puts sugar to the glass.
It is used natural things in village and thats why we make sugar ourselves. For it we pour some water or milk to the sugar in the pot.When sugar turns to liquid we put nuts.cocoa, pepper, yellow ginger. After full cooking we pour it to other pot. After freezing we cut sugar and drink tea with natural sugar.
Comments
Post a Comment