"Bağ" çayı





Hal-hazırda kənddə ot yığımının son günlərini yaşayırıq. İyunun sonlarından başlayan ot mövsümü təxminən bir ay davam edir. Hava şəraitindən asılı olaraq bu müddət dəyişə bilir. Məsələn bu il yay yağışlı keçdiyi üçün ot biçimində və yığımımda gecikmələr oldu.
Kənd qadınlarının ən zəhlətökən saydığı iş də elə ot yığımıdır. İşin nisbətən asan görünən hissəsini kişilər görür, otu biçib aradan çıxırlar. Qalan iş yazıq qadınların üzərinə düşür. Cərgə ilə biçilib bütün bağ boyu sərilmiş otu yığmaq heç də asan deyil.  Biçilən otun nizamlı halına kənddə  “moruq” deyirlər. Əvvəlcə otu çevirmək lazımdır ki, altı da qurusun. Bu da bir gün, ən yaxşı halda yarım gün çəkir. Sonra həmin otu “gəmə”ləmək lazımdır. Gəmə otun kiçik topa halına deyilir. Daha sonra bu gəmələri bir yerə daşımaq lazım gəlir. Bunu bəzən əllə, bəzən də iri şaxın üstünə yığıb daşımaqla edirlər. Gəmələrdən “lokut” düzəldirlər. Bağın böyüklüyünə görə lokut sayı dəyişir. Amma ən kiçik bağdan ən azı 6-7 lokut çıxır. Bununla qadınların işi bitir. Qalır yığılmış otu maşına yükləyib həyətə gətirmək. Bu da kişilərin boynundadır .

İstər ot mövsümündə, istərsə də başqa vaxt bağda olarkən çay və yemək hazırlamaq çox əziyyətli işdir. Nə bir kibritlə alışdıra biləcəyimiz ocaq, nə də krandan şırhaşırla axan su yoxdur. Nisbətən asan olan çay işinə baxaq.
Bağdan çox- çox uzaqda meşənin ortasında bir bulaq olur. O bulaq ki ona çatmaq üçün ayaqlarınızı palçığa, böyürtkən kollarının tikanına qurban verirsiz. Həmin bulaqdan su gətirib, yenidən odun yığmaq üçün qayıdırsız. Bundan sonra qalır işin çətin hissəsi-ocaq qalamaq. Meşənin ortasında bağ salanın yeddi nəsil dönənini yad edə-edə ocağı üfləyirsiz ki tez yansın. Tale üzünüzə gülsə ocaq alışacaq, əks halda heç olmasa yarım saat nəfəsinizi tükətməyiniz lazım gələcək. Ocaq hazır olandan sonra  hər tərəfinə bir ağac vurub, birini də üstünə qoyursuz ki çaydanı keçirə biləsiz. İşin çətin hissəsi bununla bitir. Qalır çay süfrəsi düzəltmək. Çay süfrəsi dedik deyə şişməyin. Nənənin köhnə yubkasından düzəlmiş süfrənin üstündə qəndqabı yerinə banka qapağı, “daş stəkan” deyilən ananın gəlinlik cehizini görəcəksiz. Bəxtiniz gətirsə, tale sizi qulpu qırıq fincanda gilas mürəbbəsi ilə mükafatlandıracaq. Bu da çay süfrəmiz. Hissdən qapqara olmuş, rəngi bilinməyən çaydandan eyni gündə olan çaynikə su töküb çay dəmləyirsiz, qoyursuz ocağın bir qırağına. Çay dəmlənənə qədər başını gün deşərək ot yığan insanları çağırırsız çay içməyə

. Qabaqda əlini belinə qoyub tərini silə-silə qaynana gəlir. Arxasınca iki ay əvvəl evlənmiş indi bal ayında olmalı olan gəlin ayaqlarını sürüyür. Gəlindən arxada isə köməyə gəlmiş qonşular özlərini çatdırırlar süfrənin qırağına. Bu arada çay da dəmlənir. Çay içənə qədər başınıza əlli iş gəlir. Gah çəyirtkələr qucağınıza hoppanır, gah naməlum böcəklər əl-ayağınızı dişləyir, gah da həyasız qarışqalar çayınıza hücum çəkir. Siz qarışqa ilə mübarizəyə başlayanda, yaylığının ucu ilə üzünü silən qaynana deyir:
-Ay bala, Allahın heyvanıdı da, nə işin var.
Siz də  qarışqa qarışıq saralmış qəndlə çayı içirsiz. Çaydan sonra hamı gedir işinin başına, sizə də qalır süfrəni yığışdırmaq.

                          ********************************
 We live last days of mowing at the moment. Mowing season lasts for a month which strarts from the end of June. This time can change depending on weather condition. For instance this summer weather is rainy mostly, that is why mowing process delayed a bit.
Women consider mowing process very annoying and tiring. Easy part of work are done by men and after that they quit so quickly. The rest of work is duty of poor women. It is not easy to gather a grass which lay on the ground with row. The mown grass which lays on ground called “moruq”. Firstly it is necessary to turn grass, otherwise under part will not dry. It lasts for a day, minimum half a day. Then we gather dry grass. After it we need to make “ lokut”.  Lokut is last step of mowing process. With is duty of women finish.  One thing left: to bring ready grass to the house and this will be done by men.
Either in mowing season, or in other time it is always difficult to make tea and meal outside of home. There is not electric fire which we make ready with one match, or water which comes down from tap.
There is a spring in the middle of forest far from the field. You need to sacrifice your legs to muddy road and blackberry bushes to reach water. You must be back again to bring wood after water. After this, remains difficult part of work- to make fire. You prepare wood for fire with scolding  ancestor of this field. After making fire you need to burn two pieces of stick  every part of fire and one more you put on these sticks. It is necessary to hang  teapot for boiling water. Now you need to make tea table. Please don’t be dreamer when we say tea table. It is just cloth which made from grandmothers old skirt, and you put sugar not in sugar pot, in jar. And you use old and dirty glasses instead of cup. If you are lucky, fortune will give you prize: cherry jam in the old and broken cup. This is tea table. Then you put water from black kettle to teapot. You give little time for being ready. Till it, you call people who work under sun for drinking tea. They come: In front, mother-in-low comes, one hand in her back, as if gives support to her body, with other hand she wipes her sweating skin. After her, bridegroom comes who must be in honeymoon now. Then neighbours who came to help these people. While they come tea is ready. Till drink the tea you need to overcome a lot of problems.  Locusts jump to your hug, unknown insects bite your legs and arms, ants attack to your tea. When you start fight with ants, mother-in-law says:
-Ah my son, what are you doing? She is just poor creature of God.
And you drink your tea with ant.  After tea everybody goes to work and you stay alone for cleaning tea table.

Comments