Sizdən xoşbəxtliyin rəsmini çəkməyi istəsələr cavabınız nə olardı?
Bəs bu video xoşbəxtliyin özüdür desəm razılaşarsız? Artıq özünü böyümüş hesab edən qardaşın kiçik bacısının beşiyinin başında durması. Mesajı ala bildinizmi? "Mən böyümüşəm, güclüyəm,daha səni mən qoruyacam"deyir qardaşın iç səsi. Hələ ilk günahını belə etməyən, hər şeydən xəbərsiz körpənin məsum gülüşüdür xoşbəxtlik.
Bu gün onların günüdür, Allahın insanlara bəxş etdiyi qanadsız mələklərın. Hər zaman xoşbəxt, sevincli olan, gülüşləri dünyanı xilas etməyə qadir olan bu kiçik varlıqlar olmadan həyatın anlamı qalmazdı bəlkə də. Bəlkə yox,dəqiq qalmazdı. Amma təəssüf ki, ildə bir dəfə pafoslu sözlərlə, boş təbriklərlə uşaaqlar gününü "qeyd edir", "onlar bizim gələcəyimizdir deyərək" vəzifəmizi bitmiş hesab edirik. Amma uşaqların günü olmamalıdır. Çünki bütün dünya onlarındır. Onlar ki böyüklərdən fərqli olaraq, sevməyə, paylaşmağa, savaşmağa hazırdırlar, onlar ki balaca əlləri ilə bütün bəşəriyyəti qucaqlamağa, saflığı ilə insanlıq dərsi keçməyə qadirdirlər və dünyanın əsl sahibi də onlardır.
Amma bütün uşaqlar xoşbəxtdirmi? Etiraf etmək nə qədər çətin olsa da yox, deyillər. Səbəb? İnsanlar. İnsanlar? Bəli. Tərifləyib bitirə bilmədiyimiz, bəşəriyyət, insanlıq, ali varlıq deyə göz çıxardığımız insanlar heç kimə ziyanı olmayan, tək vəzifəsi xoşbəxtlik olan uşaqların uşaqlığının qatilidirlər. Bu gün nə qədər uşaq ata-anasız, evsiz və acdır. Uşaqların göz yaşına dözə bilməyənlərin, barmağına tikan batsa ürəyi sızlayanların əsəridir bugünkü can verən uşaqlıq.
Əslində uşaqlar xoşbəxt olanlar və olmayanlar olmaqla ikiyə ayrılır. Xoşbəxt kimlərdi? Onu qoruyan valideynə sahib olan, tək işi oynamaq və gülmək olan uşaqlar. Xoşbəxt olmayanlar da bəllidi.
Bəs o ikinciyı aid olan uşaqların taleyi? Suriyada, Fələstindəki uşaqlar? Qərbin viran qoyduğu gələcək. Şərqin haqqı deyilmi xoşbəxt uşaqlıq? Ata-anasız qalmış uşaqların gözlərindəki çarəsizlik, imdad bağıran baxışlar nə qədər dəhşətlidir. Öz evindən, sevdiklərindən məhrum olmuş, yanağındakı göz yaşı qurumayan bir uşağın ahını təsəvür edirsiz? Allah hamıya layiq olduğu dərdi, çəkə biləcəyi yükü verir, deyirlər. Amma ən qatı cinayətkar olsa belə bir uşağın xoşbəxtliyinin qənimi olmaq nə ədalətə, nə insanlığa sığmır. Utan ey Qərb və öz sonunu gözlə.
İlahi ədalətə sığınıb hər şeyi Onun ixtiyarına buraxırıq...
İf someone says, "draw the happiness" what would be your answer? But i say this video is the happiness itself, would you agree with me? "the old" brother stands by cradle of his little sister. Could you get the message? " i am adult, i am powerful and i will take care of you" says the inside voice of brother.Happiness is the innocent smile of baby, who didnt make even her first fault yet and is unaware of everything.
Today is their day. Of the wingless angles who God bestowed us. The life would be meaningless maybe, without these creatures who are always happy and whose eyes are cable to save the world.
Not maybe, exactly.
But all the children are happy? It is hard to confess, but they are not. Reason? Humans. Humans? Yes. Humans who are highest creatures, are the killer of happiness of these children, whom the only duty is to be happy, to smile.Today many children are homeless, hungyr and orphan.
In fact children are divited into two parts, happy and unhappy. Who are the happy ones? Who has parents take care of them, who can play and smile everytime. And the unhappy ones. All of us know...
And the fortune who belongs second part? Children in Syria, in Palestine? The future devastated by West. Happy childhood is not the right of East? How terrible despair in the eyes of orphan children, eyes screaming for help. Do you imagine the yell of children whose cheek is not dry beacuse of tears,children who deprived of his home, his loved ones,
Shame on you West! And wait for your end!
By sheltering divine justice, we leave everything at Him..
Comments
Post a Comment