Bayramlaşmaq gözəldir...


Kənddə az-çox qorunub saxlanan dəyərlərdən biri məhz bayramlaşmaqdır. Xüsusilə Ramazan və Qurban bayramları. İslam dininin müqəddəs bayramlarını kənd əhalisi xüsusi canfəşanlıqla qeyd edir. Səbəbini bilmirəm. Biraz kinayəli səslənsə də, ilin on bir ayı "hər oyundan çıxıb" Ramazan ayında din fədaisinə çevrilən insanlar bir neçə gün əvvəldən bayram tədarükünə hazırlaşırlar. Hamı rayona gedir, "bayram bazarlığı"edir,evdə biş-düş görülür, hər yer təmizlənir. Bundan əlavə bir adət də var. Bayram üçün əti ancaq kəndin öz heyvanları verir.Guya halal yolla kəsirlər ki müqəddəs bayramdı, Allah yanında üzümüz qara olmasın. Bunun üçün də əvvəlcədən siyahı tutulur. Hərə istədiyi qədər ət yazdırır. Və bayramdan bir gün əvvəl kənd camaatı yığışır, dananı kəsir. Hamı ətini alır gedir, pul verən olmur,olan heyvanın sahibinə olur.   Yazıq hələ neçə Ramazanlar ət pulu yığacaq.
Başqa kəndlərdə belədi ya yox bilmirəm amma bizim kənddə bayram ancaq uşaqlar üçün əsl mənası ilə bayramdır.Bayram namazı qılınan kimi hərəsi bir torba alıb düşür kəndin canına. Bir ağızdan "filankəs xala bayramınız mübarək" deyə-deyə kəndi baş ayaq gəzirlər.Hətta daha ağıllıları əvvəlki illərin təcrübəsinə söykənərək siyahı tutur, hansı evə getmək lazımdı, hansına yox qeyd edirlər.  Filankəs xala da Allah verəndən verib uşaqları yola salır. Konfet, şirniyyat,meyvə,nə olsa.
Amma əsas məsələ bu deyil. Əsas məsələ bir konfetlə xoşbəxt olmağı bacaran bu uşaqlardır. Onları sevindirmək nə qədər asandır. Əslində bütün dəyərli şeylər pulsuzdur. Xoşbəxt olmaq, sevinmək, sevindirmək, gülmək, güldürmək. Sadəcə balacalar bunu yaxşı bacarır. Bəs filankəs xalanın verdiyi, azı 3 bayram görmüş konfet bizi niyə xoşbəxt etmir?



One of more or less preserved values in villages is having holiday. Especially Ramadan and Moslim Sacrifice holidays. Village people celebrate saint holidays of  İslamic religion with big energy. I dont know the reason. It may sound with sarcasm, people do everything during 11 months, and then turn religion sacrificer in Ramadan month. And they celebrate Ramadan. Everyone goes to villages, makes holiday shopping, cleans everywhere. In addition there is other tradition in village. People get meat from their own animals for holiday. As if it is allowed(halal) meat.They dont want to be ashamed of God. In this way they they make keep silence their honest. For halal meat, they make list in advance, people who want to buy, record their names.But everyone buys their meat and goes away, nobody gives money. And after that for many Ramadans owner of the animal asks for the money.
I dont know it is how in other villages, but in mine the happier people in holidays is children. After Ramadan pray each of them takes a sack and goes to every house. They knock the doors, say "happy Ramadan "and  are waiting for present. Candy, sweet, fruit, everything. But main issue is not this. Main issue is that,theese children can be happy with only one candy. How it is easy to make them glad.
In fact all valuable things are free. To be happy, to be and to make please, to laugh and to make laugh. Just little ones can make it better than us. But why doesnt this one candy make us happy?

Comments