Shenay - Sev Kardeshim Orjinal plak - YouTube
Zaman-zaman hamımız öz uşaqlığımız üçün darıxırıq.Əslində uşaqlığımız üçün yox, özümüz üçün desək daha doğru olar. Özümüz üçün, hisslərimiz üçün, ətrafımızdakı insanlar üçün.
Bir də kasıb ailədə böyüyən uşaqların uşaqlığı daha qimətli olur, onlar böyüdükcə o illərin dəyəri artır.Üstəlik bu uşaqlıq kənddə keçibsə, həmin insanlar ikiqat şanslıdır.Elə bizim kəndimizin uşaqları kimi.
Səhərdən axşama kimi küçədə, tozun, palçığın içində keçən bir uşaqlıq nə qədər qiymətli ola bilər ki? deyə soruşa bilərsiz.Uşaqlığın dəyəri oyuncaqların çoxluğu, paltarların rəngi ilə deyil,qazandığın şeylərlə ölçülür. Nə qazandıq? Deyim.
Kiçik şeylərlə deyil, olmayanların xəyalını qurub xoşbəxt olmağı öyrəndik. Çünki kiçik yaxud böyük fərq etməzdi, ona sahib idiksə xoşbəxt idik.
Dünyadakı ən asan və hüzurverici şeyin gülmək olduğunu öyrəndik, eləcə səbəbsiz,ətrafımızdakılar sevinsin deyə güldük.
Paylaşmağı öyrəndik,sevincimizi,kədərimizi,sahib olduğumuz hər şeyi.Öyrəndik ki, başqasının üzündəki sevincin səbəbi olmaq bizim sevincimizdən daha dəyərlidir.
Sevməyi öyrəndik.Təkcə ailəmizi deyil, hamını.Qarşılıq gözləmədən,qəlbimizi dinləyərək sevdik.
Ağlamağı öyrəndik.Sizin bildiyiniz kimi yox, utanmadan, içdən ağlamağı.Bəzən öz dərdimizə, bəzən ailəmizin, bəzən dostumuzun. bəzən isə bir qarışqanı tapdalayıb öldürdük deyə ağladıq.
Yıxılmağı öyrəndik. Üstümüz kirləndi, əzildik,amma qalxmağı da öyrəndik. Çünki yanımızda palçıqlı əlimizi tutacaq biri həmişə vardı.
Güvənməyi öyrəndik, möhkəmcə əlini sıxıb "sənə inanıram" deyə bildik.Deyə bilməsək də,sözsüz anlatdıq.
Ümid etməyi öyrəndik. Daha yaxşı sabahlara, daha xoşbəxt həyata inandıq.
Xəyal etməyi öyrəndik.Əlimizdə olmayanlar üçün ağlayıb sızlamağı deyil, başqasında var deyə qısqanmağı deyil,"bir gün mənim də olacaq" yalanına inanmağı seçdik.
Susmağı öyrəndik. Bəzən susmaq ən yaxşı çıxış yoludur çünki. Deyilməsi mümkün olmayanları bəzən içimizdə basdırdıq, bəzən gözlərdən oxuduq.
Darıxmaq gözəldir, uşaqlığın üçün darıxmaq isə daha gözəldir...

Comments
Post a Comment