https://www.youtube.com/watch?v=RHCb9l_6il8
Əksər xalq mahnılarımızda olduğu kimi bu mahnının da sözləri artıq "ölüb". Üstü qızla dolu olan bulaqların suyu çoxdan quruyub, nə toz var, nə də götürməyə dəsmal. Bəlkə də dəsmal götürəcək qədər cəsarətli olan aşiq yoxdu. Amma səbəb nə olursa olsun, artıq bulaqlar yoxdu,bulaq başındakı söhbətlər də yoxdu. Əvəzində gördüyünüz müasir bulaq var. Adına müasirləşmək deyək, ya inkişaf fərq etməz, amma nəticə etibarı ilə adətlərimiz bir-bir sıradan çıxır.
Kənddə böyümüş istənilən qadının gənclik xatirələrində bulaq mütləq var. Hələ bir az irəli gedib,xatirələrini soruşsaz üzü güləcək. Şırıldayan suyun səsi keçmişə aparacaq o qadını,rəngi solmuş, kənarları cırılmış köhnə kitabın səhifələri bir-bir açılacaq.Deyəcək ki, onda zəmanə belə deyildi, insanlar korlanmamışdı.Adətlərimiz vardı, insanlar daha mehriban idi və s. Amma birbaşa sizin öyrənmək istədiyiniz həqiqətlərə toxunmayacaq. Desəz ki, bəs necə tanış olmusuz həyat yoldaşınızla? Onda ya dərindən ah çəkəcək, ya da gülüb başlayacaq danışmağa.Ah çəkənlər o qadınlardır ki, sevdiyinə qovuşmayıb. O birilər də məlumdu-taleyin üzünə güldüyü adamlar.
Vay o birincilərin halına ki, nəvəsinin toyuna hazırlaşsa da, bulaq başındakı sevgisini unutmayıb.
Kəndin yaşlıları deyərdi ki toyda qız bəyənən oğlanların evi o gün yıxılıb. Qızı bulaq başında bəyənərlər. "Qız bəyənmək" sizə asan gəlməsin haa. Atanın ayrı, ananın ayrı, hələ icazə versələr nəslin bir ayrı "standartları" var.Yazıq oğlan qızda bütün bu standartları tapmalı və öz istəkləri ilə tutuşdurmalıdır. Görürsüz necə çətindir.Başında ağ kələğayı.çiynində səhəng tələsə-tələsə gedən qıza evdən çıxanda göz qoyan gələcək qaynana tez oğlunu göndərir ki, baxsın, bəlkə bəyəndi. Oğlan da, qız da bəyənsə artıq gələn payıza toydu)).
Birdə var dediyimiz"birincilər". Problem nə qızda nə də oğlanda deyil,sadəcə ata və ya ana öz övladı üçün "daha yaxşı həyat yoldaşı" tapdığını iddia edərək, bir sevgini yarımçıq qoyur. Və heç bir söz haqqı olmayan qız müqəddəs varlıqlar olan valideynlərin sözünə qulaq asır,ailə qurur, yaşlanır həmin o "daha yaxşı həyat yoldaşı"ilə. Unutduğunu zənn edir amma bir gün biri gəlir çox sadə bir sual eşidir Həmin an qadın bütün həyatına lənət oxuyur. Həmin o sual küləkdə yellənən kələğayısında aparır bulaq başına. Tələsik evdən çıxıb sevdiyini görməyə getdiyi o günlərə. Dolu səhəngi ağacların dibinə boşaldıb, qaçır evdən. Hələ bulağa çatmamış onu görür,əli ayağına dolaşır,nə etdiyini bilmədən birtəhər özünü yetirir bulaq başına. Nə ordakı qızları görür, nə də su yada düşür. Donub qalır yerində, ona baxar sadəcə.Amma çox çəkməz bu. Bir qızın dirsəyi ayırar onu xəyallardan. Tez su doldurub, qardaşı evə gəlməmiş evə çatmağa tələsər. Sabahkı görüşün həyəcanı və sevinci azalmaq bilməz. Səhər açılar-açılmaz ilk fürsətdə illərlə dəyişməyən görüş yerinə tələsər. Əlini hara qoysun, necə davransın bilməz, gah saçını oynadar, gah da kələğayısının ucunu.İllər sonranın xəyalını qurar sevdiyi ilə, amma o xəyalları "daha yaxşı həyat yoldaşı" atar ayaqlarının altına, məhv edər.Və budur o "birincilərin" hekayəsi.Ən pisi isə odur ki, həmin o adamla eyni kənddə yaşamaq məcburiyyətindəsən.
Birdə bulaq başında qeybət edən qızlar var. Daha doğrusu evdən bu məqsədlə çıxıb, hər gün bir bədbəxtin torbasını tikməsə ürəyi rahat olmayan qadınlar...

Comments
Post a Comment