Kənddə yaşamağın üstünlüklərindən biri, bəlkə də ən birincisi kəndin bizi əməyə alışdırmağıdır. Yalançılar sözü olmasın, ayağın yer, dilin söz tutan kimi görəcəyin işlər hazırdı. Oğlanların əlinə çomaq,qızların əlinə bardaq verib göndərirlər iş dalınca. Hər şey o qədər təbii və tez baş verir ki, ağzını açıb etiraz etməyə belə vaxt tapmırsan. Uşaqların kiçik yaşlarından iş görməsinin tərəfdarı deyiləm, amma kənddə yaşayıb zəhmətə öyrəşməyən uşaq tapmaq qeyri-mümkündür. Oğlan uşaqlarının işi qızlara nisbətən daha yüngüldür. Çünki onlar çöldə,atalarının yanında olur və günün çox hissəsini təmiz havada, təbiət qoynunda keçirirlər. Əsas çətinlik evdə qalan qızların üzərinə düşür. Yaşlı, kaprizli nənə ilə başa çıxmaq, ananın bitməz, tükənməz işlərini görmək kiçik yaşlı qız üçün heç də asan deyil.Hələ evdə özündən böyük bacı və gəlin varsa edə biləcəyin tək şey saata baxmaq, "kaş axşam tez olaydı"deməkdir.
Əlbəttə oğlanların işi daha ağır və yorucudur, amma bir fərq var ki, onlar evdən və deməli söz-söhbətdən ,dedi-qodudan uzaqdırlar. İşin nə qədər ağır olursa olsun,naharda Allah verəndən yeyib, bir kolun dibində tütək çalırsansa, deməli kefin yerindədir. Bir də evdə qalmış bacını düşün. Səhər açılandan donu ayağına ilişə-ilişə işlərini tez görür ki, dərslərini hazırlamağa vaxtı qalsın. Elə ki,oturur,kitabını açır,ana qışqırır ki, dur çay dəmlə, qonşular gəlib. O qonşular ki öz evlərindən çox qonşu evlərdə olur, utanıb sıxılmadan özlərini ailədən biri sayırlar.Əgər yazıq qız səsini çıxarıb desə ki, "dərsim var, özünüz dəmləyin çayınızı" anadan qabaq qonşular açacaqlar gül ağızlarını:
-"Ay qız nə dərs, nə kitab? Guya atan qoyacaq səni oxumağa? Kim salır sənin ağlına bunları?"
O tərəfdən evləndirmə, ara düzəltmə, "calama" üzrə professor Güldəstə xala başlayır:
-"Qızım, köhnə kəndə təzə adət gətirmə, məktəbi bitir, mən sənin işinə əncam çəkəcəm."
Bədbəxt qız istəyir ağlasın, istəyir özünü öldürsün, artıq qərar veririb.Bir kənd qızının taleyi beləcə öz ailəsi tərəfindən kor qoyulur.
Oğlanlarda da vəziyyət fərqli deyil. Əsas fərq odur ki, oğlan oxumaq istəsə qarşı çıxmırlar. Amma nədənsə həmişə qızlar olur oxumaq istəyən.Oğlanların əsas vəzifəsi əsgər getmək sayılır. Bundan sonra ürəyi istəyən qızla ailə qura bilər. Amma bəzən elə olur ki, "həmin qızın ürəyi başqasını istəyir". O zaman iş düşür ananın üzərinə, qızının " ağlını başına qoyur" və "xoşbəxt edir".
Maraqlı olan budur ki, bütün bu proseslərdə ata iştirak etmir, hər şeyi ana həll edir. Ataya təkcə "qol çəkmək düşür" Sonra isə həmin ata kənddə camaatın arasına çıxır, kişinin hakimiyyətindən, mentalitetdən, ailə dəyərlərindən danışır.

Comments
Post a Comment