Novruzun vazkeçilməz nemətlərindən biri də səməni halvasıdır. Hazırlanması olduqca çətin və çoxmərhələli olan bu şirniyyatı bir çox insanlar təəssüf ki tanımır.
Deməli. səməni halvasını hazırlamaq Novruzdan 40 gün əvvəl buğdanın cücərdilməsi üçün sərilməsi ilə başlayır. İşıqda cücərdilən səməni tez yaşıllaşır. Və suyu acı olur. Ona görə də qaranlıq yerdə cücərtmək lazımdır ki, həm səməninizin suyu şirin olsun, həm də üzünüz ağ olsun.İkinci mərhələdə həmin suyu təmiz parçadan süzmək lazımdır. Daha sonra həmin su ilə xəmir yoğururlar. Növbəti mərhələdə xəmiri yağda bişirirlər, o vaxta qədər ki, xəmir tam qaralsın. Bundan sonra ona ədviyyatlar qatmaq lazımdır. Əsasən istiot, darçın və çox xırda olmayaraq əzilmiş qoz ləpəsi. Daha sonra odun üstündən götürülməyə bir neçə dəqiqə qalmış şəkər tozu bəzən isə bal qatırlar. Bundan sonra bir az soyuyandan sonra halvanı hazırlayırlar-kiçik hissələrə ayırıb yumru və ya yastı formada.
Bundan sonra yalnız bir iş qalır. Mixək və ya zəncəfilli çayla halva yemək. Çayın yanında limonu da unutmayın. Nuş olsun.

Comments
Post a Comment