Bayramda qohumları,yaşlıları ziyarət etmək artıq az-az rast gəlinsə də,hələ yaşayan adətlərimizdəndir.Biz də bu gün bayramı bəhanə edib, çoxdandır görmədiyimiz qohumlara baş çəkdik.Gəlinlərini,nəvələrini başına yığıb biş- düşlə məşğul olan bu qadın qonaq gəldiyini eşidincə ən geci beş dəqiqəyə hazır olan süfrəsini açdı.Nə qədər ac deyilik desək də, demək olar ki məcburən hərəyə bir qoğal yedik.Həm bizimlə söhbət edir, həm otağın o başında qoğalın üstünə yumurta çəkən gəlininə irad tutur,həm də o biri gəlininə artıq inəkləri sağmanın vaxtı olduğunu işarə edir. Boşuna deməyiblər gəlin ocağa gələr. Gəlinlər təzə olanda qaynananı bəyənmir,amma illər keçdikcə özləri istəsə də istəməsə də ona oxşayırlar. Nə qədər qəribə olsa da, zamanla ətrafımızda olan insanlara çevrilirik.
Hər işi özü görmək istəyən, enerjisi tükənsə də qəlbi cavan olan bu yaşlı qadın, öz sözü ilə desək "nəslin titullu gəlini"dir. İstənilən söhbətin axırını ailəyə gətirib çıxarır,bizə həyat dərsləri verməyə çalışırdı. Gəlinlərin bişirdiyi qoğalları tərifləyir, öz şagirdləri olduğu üçün öyünürdü.
Amma kiçik gəlin deyəndə ki, qazandakı yağın hamısını işlətmişik qadının üzü dəyişdi. Dedi ki ona görə məni yatmağa göndərmişdiz?
Ömrü boyu ehtiyac içində yaşayan insanlar özlərindən asılı olmayaraq, qənaətcil olurlar. Hələ biz ekstra çaydan imtina edəndə"- atmayaq çayı, heyifdi,için"-deyərək etiraza yer qoymadı.Sağollaşıb evdən çıxanda isə nəslimizə çatacaq qədər xeyir-verdi.Öz titulu ilə öyünərək, məsləhətlər verir, özünün həyat təcrübələrinə arxalanaraq,danışırdı.
Əslində hamısı dəyərli sözlərdir,amma qulaq asan və əməl edən olsa.

Comments
Post a Comment