Xoşbəxtliyi seç və gülümsə...

Əgər heç bir səbəb olmadan gülməyi bacarırsansa, ən kiçik şeylər səni xoşbəxt edə bilirsə, deməli uşaqsan, ya da içindəki uşağı qoruyub saxlaya bilmisən.Əslində uşaqlardan öyrənə biləcəyimiz ən böyük həqiqət budur: səbəbsiz xoşbəxt olmaq. Elə bu uşaqlar kimi. "Gəlin şəklinizi çəkim "deyən kimi pozaları hazırdır. Üzləri soyuqdan qıpqırmızı olmuş, ayaqları islanmış, evdə analarından kötək yeyəcək olan bu uşaqlar qışın, qarın keyfini çıxarırlar.Nə şaxta, nə aclıq, nə hazırlamalı olduqları dərslər veclərinə deyil.
Qış gələn kimi atamla həmişə xizək davası edərdik. Bizə çölə çıxmağa icazə verməsə də gizli qaçar, qonşudan aldığımız xizəklə növbə ilə sürüşərdik. Qonşumuzu çağırardıq ki, sən anamın başını qarışdır, biz qaçaq. Amma qaçsaq da həmin evə qayıtmalı olurduq. Evdə olacaqlardan xəbərimiz var idi. Çünki eyni ssenari hər gün təkrarlanırdı. Amma xizəyin başımızda sınması belə bizi qışdan, qardan soyuda bilmədi))
Xizəklə bağlı təkcə uşaqların yox, böyüklərin də xatirələri çoxdur. Elə sürüşməyi burnumuzdan gətirən valideynlərimiz hava qaralan kimi özləri sürüşürdülər. Təcrübəsiz sürücülər olan qadınlar qaranlıqda yoldan keçən insanları xizəklə vurub yıxır, səhər isə özlərini heç nə olmamış kimi aparırlar.
Həyat ədalətsizdir, qəbul edirik, amma bu qədər yox))

Comments