Dərdimi danışdım suya,
Ürəyim qarışdı suya,
Ürəyimdən düşdü suya
Bir gəmi üzdü, bir gəmi
Dərdimə həmdəm olmadı
Yelkənləri nəm olmadı
Balıqlara yem olmadı,
Bir gəmi üzdü,
bir gəmi.
Sahildə bir liman qaldı
.Göylərində duman qaldı.Ürəyim qaldım,
mən qaldım,
Bir gəmi üzdü bir gəmi.
Ürəyim qarışdı suya,
Ürəyimdən düşdü suya
Bir gəmi üzdü, bir gəmi
Dərdimə həmdəm olmadı
Yelkənləri nəm olmadı
Balıqlara yem olmadı,
Bir gəmi üzdü,
bir gəmi.
Sahildə bir liman qaldı
.Göylərində duman qaldı.Ürəyim qaldım,
mən qaldım,
Bir gəmi üzdü bir gəmi.
Alnındakı qırışlar gülüşünün izləri olsun deyirlər. Neçə insanda belədi görəsən? Elə bir adam tanımıram ki, hərəsi bir hekayə danışan qırışlarına görə gülüşünə minnətdar olsun.
Çətinliyə düşəndə, dərdlər üstümüzə ard-arda gələndə edə biləcəyimiz tək şey ah çəkib, qaşımızı çatmaq olur. Elə şəkildəki bu kişi kimi...
Nə olub?-deyə soruşsaz, "bundan artıq nə olsun, olan olub, keçib," deyəcək. Məchul bir yerə zillənmiş baxışlar, çatılmış qaşlar haqqında çox şey desə də, ürəyindən əsl keçənləri anlada bilməz.
Bəlkə dərdi övladlarıdır? Atalarını yada salmırlar. Bəlkə axirətini fikirləşir. Bəlkə həyat yoldaşını fikirləşir,bəlkə də tamamilə başqa şeyləri. Əgər bu kişini yaxından görsəz, əlinin, üzünün qırışları sizi bəlkə ağladar. Yaşı 90dan yuxarı olan, illərini bu vəfasız dünyaya vermiş qəhrəmanımız haqqında deyilməli çox söz var. Hər gün saat 5də yuxudan durar, namazını qılar, öz gündəlik işlərini görər. Qış xaric bütün fəsillərdə bağında işləyər. Başında həmişə papaq olar. Axı "köhnə kişilərdəndir". Boş vaxtlarında "kənd içi" deyilən, boş-bekar insanların yığıldığı, informasiya mübadiləsinin aparıldığı, ən son xəbərlərin çatdırıldığı məkana gələr. Əsasına söykənib, uzaqlara dikər baxışlarını. Həmişə dünyadan giley-güzar edər, səbəbini demədən hamıdan şikayətlənər.
Dərdi dünya olanın dünya boyda dərdi olarmış.

Ümid edək ki, bizim alnımızın qırışları nəvələrimizə xoşbəxtlik hekayələrimizi danışacaq. Ən azından ümid etmək hər kəsin haqqı deyilmi?!
Comments
Post a Comment