"Razborka"

Məktəb illərini yəqin hamı xatırlayar. Ömrümüzün ən gözəl, xoşbəxt illəri məktəb illəri olsa da yaşadığımız  problemləri də unutmayaq. Deməli şəkildə gördüyünüz uşaqlar məktəbdən qayıdan 3cü sinif şagirdləridir. Sözləri düz gəlmədiyi üçün yolda mübahisə edirlər. Bu mübahisənin səbəbi sizə nə qədər gülünc və uşaqca görünsə də, bu uşaqlar üçün həmin məsələ həyati əhəmiyyət daşıyır. Gördüyünüz o iki qırmızıpapaqlı qız yaxın rəfiqə olduğu üçün eyni cinahdadırlar. Kameraya baxan oğlan isə qırmızıpapaqlardaın birinin qonşusu olduğu üçün, məcburən qızların tərəfindədir. Amma əminliklə deyə bilərəm ki, heç də razborka havasında deyil. Sadəcə qızları tək qoyub getsə sabah məktəbdə qorxaq, kişi deyilsən və s. kimi iradlardan yayınmaq üçün ordadır. Əks cinahda isə nə qonşu nə də dost olan bir qız və bir oğlan var. Yəqin onları könül işləri birləşdirir...
Razborkanın temasına gəldikdə isə məsələ belə vaqe olub: Sinifdə qızın paltosunu qırmızpapaqlılardan biri yerə atır, o birisi isə bilmədən tapdalayır. Bunu görən qız əsəbləşir və dərhal paltosunu götürməyi və təmizləməyi tələb edir. Qırmızıpapaqlı etiraz etdikdə mübahisə başlanır və müəllimin gəlməsi ilə ara sakitləşir. Lakin qız dərsdən sonra məsələni aydınlaşdıracağını deyir. Və bu da həmin mənzərə. Şəkil çəkməyə hazırlaşanda qızlar saçyolduya çıxmaq mərhələsində idilər. Lakin kameranı görən kimi özlərini yığışdırdılar. Sakit-sakit danışmağa başladılar.
Elə bilməyin ki, bu məsələ burda bitdi. Əsla yox! Sabah qızların analar, sonra da ataları bu məsələni belə qoymayacaqlar. Görərsiz siz!!!

Comments