Qoyun naxırı

 Gün batır, şər qarışır, hərə öz işindədir. Səhər tezdən evdən çıxmış çoban qardaş  qabağında qoyunlarla yorğun-yorğun addımlayır. Yaz və yayda hər gün rastlaşdığımız səhnə.
Qoyun-quzu, inək- buzov kənddə bərəkət rəmzi sayılır. Çünki bu heyvanların xalq dili ilə desək, ətindən, yunundan, südündən istifadə olunur. Süd, qatıq, pendir, şor, ayran və s kimi məhsullar bu heyvanların sayəsində süfrələrimizə düzülür. Ev heyvanlarından adətən ağartı üçün istifadə olunur.  Təkcə bayramlarda kənddə bir neçə nəfər dana kəsir, bunun üçün əvvəlcədən kənd camaatına deyilir və onlar da ciblərinə uyğun sifariş verirlər. Birdə heyvanları satmaq üçün də böyüdürlər.
Qoyun demək olar ki, bütün cəhətlərinə görə inəkdən xeyirli sayılır. Həm əti daha baha və yağlıdır, həm də inəkdən fərqli olaraq, yunu da istifadə olunur.
Qoyunlar üçün də naxır təşkil olunur,amma bu naxır inəklər də olduğu kimi bütün kəndə aid deyil. Çünki qoyun hər həyətdə olmur. Məsələn bizim kəndimizdə 7-8 ev qoyun saxlayır və onların hər birinin ayrıca naxırı olur. Yəni qoyun naxırı daha sərbəst və fərdidir.
Onu da deyək ki, mal-qaranın sayı artdıqca onun sahibi xəsisləşir. Əlbəttə hamıya aid deyil bu fikir, amma çoxları qəbul həqiqət olduğunu qəbul eləyər...

Comments