Bunun nə olduğunu bilən insanlar artıq çox az saydadır. Unudulmaqda olan milli mətbəximizə mənsub təamlardan biri məhz xəşildir. Bu yeməyin adını hərə bir cür tələffüz etsə də düzgün forması xəşil-dir.
Çox uzuc başa gələn bu yemək un, yağ və sudan hazırlanır.Hazırlanması da çox asan olsa da xəşili yeyib arxasında durmaq hər oğulun işi deyil.Adətən səhərlər yeyilən bu yemək yüksək kalori daşıyıcısıdır. Onu da deyək ki, son zamanlar da demək olar ki, heç kim artıq xəşil yemir. Səbəbini bilməsək də, bizdən sonra gələn nəslin xəşil adlı yeməyin olmasından bixəbər olacaqları dəqiqdir.
Yadımdadır, biz uşaq olanda hər səhər nənəm babamın israrı ilə xəşil bişirərdi. Nənəm deyinə-deyinə bişirərdi. Ona görə deyinirdi ki, xəşil bişirərkən yeməyin başından ayrılmaq olmaz. Təsəvvür edin ki, siz köz kimi qızarmış odun peçinin yanında ən azı yarım saat dayanaraq var gücünüzlə xəşili qarışdırırsız, üz -gözünüz pörtmüş halda yeməyi hazırlayırsız. Buna görə də nənəm deyinməkdə haqlı idi.
Xəşili isti-isti yemək lazımdır.Üzərinə isə bal və ərinmiş yağ, ya da şəkər tozu və yağ əlavə edirsiz. Sizə bir söz deyim? Nə qədər ki sağlamlığınız ürəyiniz istədiyi qədər yeməyə imkan verir və hələ də xəşil hazırlayacaq qədər bacarıqlı əllərə sahib olan nənəniz var, o zaman xəşili dadın. Çünki həyatda üzəri bal-yağla buğlanan xəşil kimi dəyərli şeylər azdır))). Pəncərədən quşbaşı yağan qara baxa-baxa, çırtıldayan ocağa qulaq asa-asa, nənənizin " can balama qurban olum" deyən sözlərinə sevinərək, bu xəşili yeməmizsə əsl xoşbəxtliyi dadmamısız deməkdir...

Comments
Post a Comment