Quba bazarı...

Qalmadı, qalmadı Quba almasından qalmadı, gəl ay müştəri, gəl kartoşkaya gəl, kartoşka deyile qızıldı qızıl, 
Təzə ət, təzə ət, tələssən sən də yeyərsən və s. kimi ifadələr haqqında danışacağımız  məkana  ayağınızı qoyan andan sizi müşayiət edir. Bəli biz bazardayıq. Bazarın insanların ələxsüs da kənd insanlarının həyatında çox önəmli yeri var. Çünki şəhərdə olduğu kimi hər addımbaşı market yoxdur ki, istədiyimizi rahat alaq. Ona görə də səhər tezdən əlində torba ilə bazara getməyi qaçırdınızsa ac qalmağı da nəzərə almalısınız. Saat 6da, xoruzların ilk banı olar olmaz satıcılar təzə-tər məhsullarını düzürlər piştaxtaya və başlayırlar müştəri gözləməyə. Müştərilər isə yuxularına haram qatıb tezdən durub yüyürürlər bazara.  Satıcı və müştərinin qarşılaşdığı anı qaçırmamağınız tövsiyyə olunur. Çünki bu anda satıcı maksimum baha satmaq, müştəri maksimum ucuz almaq istəyir, yəni iqtisadi qanunların çökdüyü əsl mübarizə anı. Bu an nə mədəniyyət, nə millət, nə də hörmət yada düşür. Bir qəpik də xeyirdi deyən müştəri və satıcılar "daha çox qazanmağa" çalışır.Təzə tərəvəz , yumurta alan kim, qiymət öldürməyə çalışan kim, qışqıra qışqıra müştəri haraylayan kim. Aləmin bir birinə dəydiyi məkan, nə sahibi bəlli, nə qonağı. Amma həyatda görməzsə olmaz dediyimiz yerlərdən biri də bazardır, hər bazar yox haa, Quba bazarı....
Birdə bazardan əli dolu evə qayıdan  ata və anaları təsəvvür edin. Uşaqlarına bəxş edəcəkləri xoşbəxtliyi duyaraq sevinclə tələsərək addımlayan insanları.  Həyat gözəldir başımıza nə gəlirsə gəlsin...

Comments