Kənddə ən salamat, ən ucuz, ən təhlükəsiz nəqliyyat vasitəsi uzunqulaqdır. Demək olar ki, hər kəsin tövləsində uzunqulaq var. Sözəbaxan, sakit heyvanın kimə maneəçiliyi ola bilər ki?))
Hər işə yarayan bu heyvan səhərdən axşama kimi işləməkdən yorulsa da sahibinin qorxusundan səsini çıxarmır. Elə buna görə də həddən çox istismar olunur. Uzunqulaqdan ot, odun daşımaq, çaydan və bulaqdan su gətirmək , daha sonra qışda avtobus kəndin aşağısında ilişib qalanda yəni buzlu yollara görə yuxarı çıxa bilməyəndə uşaqlar rayondan gələn valideynlərinin sumkalarını daşımak üçün istifadə edirlər.
Birdə deyirlər ki, guya bəxti açılmayan qızlar eşşəyə minəndə bəxtləri açılır. Bəzi qadınlar isə deyir ki, hər eşşəyə yox haa, ancaq ağ eşşəyə. Bunun nə dərəcədə həqiqətə uyğun olun olmadığını bilməsək də hər halda evdə qalmış qızlar üçün yaxşı təsəllidir.

Comments
Post a Comment