Erkən
bədbəxtlik yoxsa saxta xoşbəxtlik? Yarımçıq qalmış uşaqlıq və ya tələsmiş
analıq?
Adı nə
olursa olsun söhbət insanın bədbəxtliyindən gedirsə istənilən halda bu faciədir.
Çox təəssüflər olsun ki, dünyanın inkişaf etməmiş bir çox ölkələrində olduğu
kimi bizim ölkəmizdə erkən nigahlar tez-tez rast gəlinən haldır. Hələ oyuncaqları
ilə oynamaqdan doymayan, təhsil, iş, gələcək haqqında xəyal quran bir qız ailə
qurur. Halbuki “ailə” sözünün mənasını başa düşmür, evliliklə bağlı heç bir məlumatı
yoxdur. Amma ən pisi odur ki, kiçik yaşda həyatını məhv etməyin qərarını özü
yox, ailəsi verir. Yəni qızların əksəriyyəti yaşadıqları həyatı özü seçmir, ya
başqalarının həyatını yaşamağa məcbur olur, ya da həyatın axını hara aparda ora
gedir. Faciədir, deyil mi?
Təsəvvür
edin ki, hər bir qadının ən böyük arzusu qızını yaxşı cehizlə ər evinə köçürmək,
oğluna isə “halal süd əmmiş” qız almaqdır. Ona görə də erkən evlilikdə qızları
günahlandırmaq ədalətsizlik olardı. Qız uşağı doğularkən edilən dualara baxın:
O gün
olsun toyunu görəsiz, əllərini xınalı, başını duvaqlı görək, cehizini özümüz
yığacayıq və s. Heç kimin ağlına gəlmir ki, dünyaya gözlərini yenicə açan, hələ
başına gələcəklərindən xəbəri olmayan körpəyə sağlamlıq, xeyirli həyat və s.
arzulasın. Məhz buna görə də qızların eşitdiyi sözlər yalnız evlilik, toyla
bağlı olduğu üçün başqa şeyin xəyalını belə qurmurlar.
Hələ
uşaqlığını doya doya yaşamadan, ata evinin xoşbəxtliyindən yetərincə pay
almayan qızları ağ duvaqla evdən çıxarır, “ ər evi” adıyla öz əlləri ilə bədbəxtliyin
tam ortasına atırlar. “Bundan sonra sənin
anan atan onlardı, biz yoxuq, öl desələr öl, qal desələr qal,” deyən atalar,
duvaqla göndərirəm səni ər evinə , birdə kəfənlə çıxarsan deyən “dünya görmüş “
nənələr.... Nə qədər ağır vəziyyətdir.
Amma
təəccüblüsü odur ki, ailə qurmuş qızlar heç də özlərini bədbəxt hiss etmirlər.
Çox tezliklə evlilik həyatına alışan gənc gəlinlər az müddətdə “qaynana ilə necə yola getməli?”
mövzusunda dissertasiya işi yazacaq qədər təcrübəli olurlar. Bundan sonra
başlayırlar nişanlı qızlara, təzə gəlin namizədlərinə evlilik dərsi keçməyə.
Çox qəribədir.
Kim haqlı, kim haqsız, vəziyyəti necə düzəltməli ? Hamısı məchul böyük bir X. Gəl də tap məchulu...
Comments
Post a Comment