İlk qar...

Oktyabr ayı çıxmamış bizim kəndimizə qar yağmasa deyərlər ki, dünyanın sonu yaxınlaşır. Oktyabrın axırından ta martın axırına qədər qış bizə qonaq olur. Qışı çox insan sevməsə də bizim qışımız çox fərqli olur. İlk qar yağanda hamı əl ayağa düşür, yarımçıq qalmış işləri bitirməyə tələsirlər. Kimi təzə tikilmiş evin üstünü tez bağlamağa çalışır, kimi odun ehtiyatını təzələyir, kimi isti paltar alır və s. Qar yağanda mal-qaranın da əli çöldən üzülür, onlar sahibinin səxavətinə sığınaraq, gözlərini tövlənin qapısına dikib, su və ot gözləyirlər. Sahibdən səs səmir çıxmadıqda yazıq yazıq mələyərək imdad umurlar. Qar yağanda uşaqların da torbası tikilit. Çöldən bayırdan evə yığışmış uşaqlar artıq evdəki oyuncaqlarla oynayaraq baharı gözləməli olurlar.
İlk qarın əlamətlərinə görə dünyagörmüş yaşlı insanlar qışın necə keçəcəyi haqqında öz fərziyyələrini irəli sürürlər. Məsələn qar iri-iri və çox yağarsa il bərəkətli olur, məhsul bol olur. Bizim dillə desək , camaat qışdan sağ çıxır.

Comments