Adətən kənddə toy olanda o evdə halva bişirirlər. Və gəlin ata evindən ər evinə gedən gün bizim dillə desək, gəlin aparanda uşaqlar gəlin maşınının qabağını kəsirlər. Təkcə uşaqlar yox özünü uşaq hiss eləyən hər kəs bunu edə bilər.
Hə maşının qabağını duz çörəklə kəsirlər. Qabağı kəsilən maşında olan oğlan qohumları həmin duz çörəkdən yeməli və duz-çörək yiyəsinə bəxşiş verməlidir. Nə qədər çox verərsə,həm öz səxavətini göstərmiş olar, həm də" blat"ını artırmış olar. Bəxşiş dediyimiz çox zaman pul və şirniyyat olur. Bu pulu əldə etmiş uşaqlar bir an belə itirmədən cumurlar mağazaya. Ürəyi istədikləri şeyləri alıb (təbii ki pulun çatdığı qədər) fəxrlə və xoşbəxtcəsinə kəndinn ortasında gəzirlər. Puldan başqa şirniyyat da verirlər . Bu şəkərbura, şorqoğal, paxlava, konfet, halva və s. ola bilər.
Gördüyümüz şəkildə də nəvəsi maşın qabağını kəsmiş nənə qürurla halvanı "kənd içi" deyilən mərkəz sayılan yerdə uşaqlara paylayır. Onu da deyək ki, təzə bəy təkcə halva verərək aradan çıxmışdı. Pul zad yox idi. Nə deyək yenə də Allah xoşbəxt eləsin. Yaşlı qadınların sözü ilə desək gələn il bu vaxtı uşağını halvasından yeyək....
Comments
Post a Comment