Alma almaya bənzər, amma Qubanın alması heç bir almaya bənzəməz. Məşhur Quba almasından dadmayan tapılmaz. Bəs bu almaların necə yetişdirildiyindən, o almanı dişləyərkən aldığınız ləzzətin nəyin bahasına başa gəldiyindən xəbəriniz varmı???
Əvvəl onu deyək ki, bizim kəndimizdə müxtəlif növ alma yetişir. Məsələn qızıl Əhmədi, palmet, bumajnıy, smirinka,sinab və s. Bu almalar həm öz dadına görə , həm də yetişmə vaxtına görə fərqlidir. Alma yığımı adətən avqustun axırında başlanır və iki ay davam edir. Almanı yeşiklərə doldururlar, bu zaman onların əzilməməsinə diqqət etmək lazımdır. Elə alma var ki dərildikdən sonra tez xarab olur. Ona görə də kəndlilər çalışırlar ki, bu növ almaları tez satsınlar. Amma may ayına qədər qalan alma növləri də var.
Birdə satılmayan almaları birdın qəfil müştəri çıxanda seçib yığmaq var. Adətən, qışın ortasında anbarda qalmış almaların bəxti açılır. Amma həmin məhsulun bir hissəsi xarab olduğu üçün onu ayırmaq, seçmək lazım gəlir. Bu iş isə təbii ki uşaqların və qocaların üstünə düşür. Uşaq vaxtı babamla soyuq karxanada daşın üstündə oturub az alma seçməmişik. Proses belə olurdu. Yeşiklərə yığılmış qarışıq almanın yaxşılarını seçib, üstünü silib təzə yeşiklərə yığmaq lazımdır. Bu zaman hər cərgənin arasına qəzet qoymaq lazımdır ki, almalar əzilməsin. Əlbəttə çətin iş deyil, amma qışın çiləsində əllərimiz dona-dona, burnumuz qıp qırmızı, ayağımızda qaloşla daş döşəmənin üstündə alma seçmək heç də xoşagələn iş deyil...
Almanı yetişdirmək elə də asan məsələ deyil. Sadə görünsə də çətin işdir. Əvvəlcə qışda peyin yığmaq lazımdır ki, sonra gübrə kimi istifadə etmək olsun. Daha sonra alma ağaclarının dibini qışqa belləmək, alaqdan təmizləmək lazımdır. Sonra isə budamaq, yəni artıq budaqlardan təmizləmək lazımdır və s. Bütüb bu işləri yerinə yetirmək isə kəndlilərin üzərinə düşür. Ona görə də bazardan almanı alıb yeyərkən, bir düşünün: onu yetişdirən insan bir almanı dərərkən neçə dəfə alnının tərini silib. Pulla çox şeyi almaq olar. Amma halal zəhmətin yerini heç nə verməz.
İndi isə nuş olsun. Necə deyərlər Qubanın ağ alması, yeməyə bağ alması...

Comments
Post a Comment