Qarğıdalı
sevməyən insan çətin tapılar. Xüsusilə də kənddə gübrəsiz, dərmansız,
analarımızın qayğısı ilə yetişmiş qarğıdalıdan imtina etməzsiniz. Qarğıdalı rütubətsevər bitki olduğuna görə
bizim kəndimizdə yaxşı yetişir. Demək olar ki, hamı qarğıdalı becərir. Həm
ucuz, həm də faydalı olan bu bitkinin iki növü var: yay və payız. Hər iki növ
eyni vaxtda (yazda) əkilsə də payız növü
bir az gec yetişir. Qarğıdalının üstü çox qabıqlı olur. Onu təmizləmək nə qədər
səbir və zəhmət tələb etsə də hazır bişirilmiş qarğıdalını yemək də bir o qədər
ləzzət verir. Qarğıdalının ucunda olan saçaqlara görə onun yetişib -yetişmədiyini təyin etmək olar. Həmin saçaqların rəngi tünd
olanda o, yetişmiş hesab olunur. Qarğıdalının
həm özünü həm də qabıqlarını mal-qaraya verirlər.
Qarğıdalını
2-3 saata bişirmək olar. Bişəndən sonra onu tez soyuması üçün soyuq duzlu suya
qoyurlar. Belə olduqda siz həm soyumuş, həm də duzlanmış qarğıdalı yeyəcəksiz.
Nuş olsun...
Comments
Post a Comment