Günahsız uşaqlıq...

İstənilən insandan soruşsan ki ömrünün ən xoşbəxt çağları nə vaxt olub? “Əlbəttə ki uşaqlığım “ deyənlərin sayı çox olacaq. Bəs görəsən niyə uşaqlıq hamıya bu qədər əzizdir, müqəddəsdir?
Cavab vermək çətin deyil: Çünki o vaxt beynimiz və qəlbimiz hər cür fitnə-fəsaddan, hiyləgərlikdən uzaq idi. Onda cilalanmamış şüşə kimi idik, hər deyilən sözə inanır, dünyanı cənnət hesab edərək yaşayırdıq. Xəbərsiz idik ki, gün gələcək, ömrümüzün bu məsum illərini çıraqla arayacağıq. Dünyanın dərd- qəmindən yorulanda , çarəsizlikdən boğulanda sığınacağımız günahsız uşaqlıq illərimiz olacaq. Bəli.... Günahsız uşaqlıq. Uşaq olarkən biz özümüz idik, nə ikiüzlülük, nə yalan işimiz deyildi. Bəs niyə korlandıq? Kim saldı axı qəlbimizə iblisanə hissləri?
Uşaqlığımız nə qədər acı, yoxsul keçsə də, biz xoşbəxt idik. Hər gün döyülsək də, oynamağa kuklamız olmasa da, bacımızın qardaşımızı köhnə yamaqlanmış paltarı ilə böyüsək də sahib olduğumuz kiçicik xoşbəxtlik bizə yetirdi. Amma indi “uşaqlıq “ sözünün özünə belə kirli əllər dəyib. Bugünün uşaqları uşaqlıq yaşamırlar, texnologiya əsrinin “ inkişafı” içində boğulurlar, məhv olurlar. Ən pisi də odur ki, valideynlər bunu görməzdən gəlir, belə də olmalıymış kimi səfehcəsinə laqeydlik göstərirlər. Uşaqlar əsl uşaqlıq yaşadığı zaman dünya daha gözəl idi, kasıb komalarının işində yarıac, yarıtox yaşasalar da axşam analarının ağuşunda ana nəfəsini hiss edən zaman dünya daha yaşanmalı yer idi...

Olan oldu bizə, gecdi daha...

Comments