Bizim
kənddə deyirlər ki, avqustun 15dən sonra bizə payız gəlir. Əslində çox doğru deyilmiş sözdü. Yayın axırından
başlayaraq oktyabrın axırına qədər bizim payızımız hökm sürür. Payız da nə
payız. Ara verməyən yağışlar onsuz da pis olan yolları palçıqdan keçilməz edir.
Bu palçıqla başa çıxmaq üçün hər bir kəndlinin dözümlü ayaqqabıya ehtiyacı var.
Qaloş haqqında eşitməyən az adam tapılar. Bizim yerlərin yağışa, palçığa, qara,
şaxtaya yenilməyən yeganə vasitəsi qaloşdur. İran qaloşu yox haa, rus qaloşu.
İran qaloşu qiymətcə ucuz olduğu kimi keyfiyyətcə də pisdir. Rus qaloşu isə əsl
qaloş standartlarına cavab verir. Yazdıqlarımız sizə elə gəlməsin ki, rus
qaloşu ömürlükdür. Yox, o da cırılır.
Amma cırılan kimi atılmır. Qənaətcil qadınlar onları təkrar istifadə verir. Cırılmış yerləri
yamayaraq bu ayaqqabılar su keçirsə də, yazda və yayda çöldə iş zamanı kara gəlir.
Kişilər
isə çəkmə geyinərək payızın palçığını yola verirlər. Çəkmələrin də istehsal ölkəsindən
fərqli olaraq qiymətləri və keyfiyyətləri var. Hərə cibinə uyğun çəkmə geyinir.
Uşaqlar da (həm qızlar həm oğlanlar) çəkmə və qaloş geyinərək payızın atributu
olan palçıqla mübarizə aparırlar.
Həmişə
ayağınızda rus qaloşu olsun ay kəndlilər)))
Comments
Post a Comment