Kənddə
belə bir adət var: toyda və yasda mütləq halva bişməlidir. Halva bu iki mərasimdə
bişən xüsusi şirniyyat növü olmaqla fərqli funksiyalara malikdir. Məsələn,
toyda halva bişirilərək qohum evinə göndərilir, həm də sevinc əlaməti olaraq qonşulara, qonaqlara
paylanır. Yasda isə halva ehsan kimi bişirilir. Həm süfrəyə verilir, həm də qəbiristanlığa
ziyarətə gedən zaman yolda kimə rast gəlinirsə o adamlara paylanır. Toy
halvasının üstü kişmiş, noğul ilə, yas halvasının üstü isə sadəcə darçın ilə bəzədilir.
Halvanın
tərkibi ərzaq cəhətdən kasad olsa da, bişirilməsi çox zəhmət tələb edən prosesdir. Və heç də bütün qadınlar
halva bişirə bilmirlər. Un, yağ və şəkər tozundan ərsəyə gələn halvanın bişməsi
təxminən bir saat sürür . Böyük bir
qabda əvvəl un və yağ qarışdırılır, ovulur, daha sonra həmin qarışığın üzərinə
yağ əlavə edərək dayanmadan qarışdıraraq bişirirlər. Halvanın tam bişdiyi vaxtı
anlamaq çox vacib və çətin məsələdir. Çünki vaxtından əvvəl odun üzərindən
götürülən halva çox yumşaq, gec götürülən halva isə çox bərk olur. Halvanı
oddan götürdükdən sonra ona tez şərbət (Şəkər tozu+ qaynar su qarışığı) qatmaq
lazımdır. Şərbətlə yaxşı qarışdırıldıqdan sonra halva sinilərə çəkilir, üstü bəzədilir.
Bir şeyi də qeyd etmək lazımdır ki, halvanı isti-isti yeməklə soyuyandan sonra
yemək tamamilə başqa dadır. Halva soyuyub bərkidikdən sonra onu doğrayıb süfrəyə
vermək olar.
Belə
bir inanc var ki, əgər evdə kimsə halva istəyirsə, həmin evdə mütləq yas
olacaq. Halva toyların da vazkeçilməz təamı olsa da niyə mənfi tərəfə yozulur
bilmirəm. Bəlkə halva istəyəndə həmin evdə toy olur?!
Hər
evdə toy halvası bişməsi diləyiylə...
Comments
Post a Comment