Kənd
qadınlarının dünyada baş verən bütün yeniliklər haqqında müzakirə apardığı yer
ya məhlə içi ya da doqqaz qabağıdır. Təsəvvür edin ki , evdən 5 dəqiqəlik
qonşuya un, çay, soğan borcunu qaytarmağa gedən qadın saatlarla ilişib qalır. Səbəb
əlbəttə ki qeybətdir. Dünən gecə qonşunun evində baş verən ən gizli söz-söhbətdən
işıq sürətilə xəbər tutan və bu xəbəri birinci qeybətsevərlərə çatdırmaq üçün min cür bəhanə ilə evdən çıxan qadını nə
evə qayıdanda əri tərəfindən amansızlıqla döyülmək qorxusu , nə qaynananın tənqidi,
nə də evdə qalmış həyasız baldızın davası çəkindirə bilər.
Bəli
, qeybəti sevmirəm, qeybət etmək günahdır deyən qadına inanırsızsa təbrik edirəm,
dünyadakı ən saf adam sizsiniz.
Evdə
çay süfrəsi ilə başlayan qeybət mərasimi əvvəl koridora, sonra eyvana, qapının
ağzına , həyətə, və nəhayət doqqazın qabağına çatır. Bundan sonra qadınlar çətin
də olsa şirin qeybətlərinə son verirlər. Hələ bulaqda baş verən qeybətləri
demirəm. Çiynində 15 kiloluq səhənglə qadın elə gözəl qeybət edir ki, elə bil
qu tükündən pərqu balışda yanında ləbləbi yeyərək uzanıb. Toyda baş verən qeybətdən
saatlarla danışsan qurtarmaz. Necə deyərlər ömür bitər, qeybət bitməz.
Comments
Post a Comment