Ata qızı ilə vidalaşarkən

Toyda belə bir səhnə yaşanır: Oğlan evi gəlir qız evinə qızı aparmağa. Sözdə çox sadə görünsə də toyun ən ağrılı hissəsi məhz bu andır. Bir ailə qızını digər bir ailəyə etibar edir. İştirak etdiyim bütün toylarda atanın qızı ilə sağollaşması mənə və müşahidə etdiyim qədərilə ətrafdakılara ən çox təsir edən səhnədir. Niyə ananın, bacının, hətta qardaşın ağlaması bizə təbii, adi gəlir, ancaq ata kövrələndə hamı kövrəlir. Dostayevski deyirdi ki, heç bir ata qızını ərə vermək istəmir. Onu bütün ömrü boyu yanında saxlayar amma ailə qurmağını, başqasına aid olmağını qəbul edə bilməz. Kişilər sevgini büruzə vermək istəməsələr də, belə bir vəziyyətdə onların gözləri, baxışları çox sirləri aşkar edir. Ata evindən çıxarkən gəlin də ağlayır. Niyə? Axı hamı olmasa da əksər qızlar öz razılığı ilə ailə qurur, ərə getdiyi insanı özü seçir? Məgər bu gün onun ən xoşbəxt günü deyil mi? Bəs niyə ağlayır? Zurnanın zırt dediyi yer bura olsa gələr. Sevinc və kədər qardaşdır deyirlər. Hansısa yazıçı deyirdi ki, göz yaşı olmadan səadət mümkün deyil. Yəqin gəlinin göz yaşları onun gələcək xoşbəxtliyinin müjdəçiləridir. Atanın lap on qızı olsa da, qızını ərə vermiş ata canından bir parça qoparılmış olur. Qoparılan yer zahirən sağalsa da sızıltısı heç vaxt keçmir.

Gəlini ata evindən çıxandan sonra hər şey öz axarınca olmasa da davam eliyir.

Comments