Mal-qara örüşdən qayıdır

Kəndi təsvir edən məfhumlardan biri də “naxır”-dır.  Əvvəlcə bu sözə tərif verəkJ  Naxır dedikdə toplu olaraq mal qara, əsasən inəklər nəzərdə tutulur. Kənddə naxır adətən yay aylarında olur. Çünki yayda kənddə ot mövsümü başlanır və mal qaranın otlaq yerini tapdalamaması, otu yeməməsi üçün naxır təşkil olunur. Adətən yayda səhərdən axşama qədər çoban və ya naxırçı vasitəsilə mal qaranın çöldə yəni otlaqlarda otarılması kənd əhalisinə otu rahat biçməyə və yığmağa imkan verir. Naxır mövsümü əksər hallarda iki- üç ay davam edir. Ot yığımı başa çatdıqdan sonra naxır dağılır. Camaat hərə öz mal qarasının qayğısına qalır. Naxırçını isə kənd camaatı məhəllə -məhəllə və növbə ilə seçir. Məsələn, kəndimizdə “aşağı məhəllə”dən başlayaraq kəndin ən yuxarı və son hissəsində yerləşən “yuxarı məhəllə”dəki ən son evə qədər naxır estafeti ötürülür. Beləcə “naxır mədəniyyəti “ sayəsində həm camaat rahat ot mövsümünü başa vurur, həm də mal qara iki üç aylıq da olsa “inək kimi” yaşayır.

Comments