Sovet
dövrünün yadigarlarından biri sayılan “Alabaş” avtobusları haqqında eşitməmiş
çox az insan tapılar. Bilmirəm təəssüf ki deyim ya xoşbəxtlikdən deyim gözdən
könüldən iraq kəndimizdə əhali hələ də bu avtobusdan istifadə edir. Gündə bir dəfə
rayon mərkəzinə getmək üçün yeddi saat vaxt itirmək lazım gəlir. Kəndlə rayon
arasında 18km məsafə olmasına baxmayaraq, yolların məlum vəziyyəti üzündən
rayona çatmaq bir saat vaxt tələb edir.
Kəndimizin
avtobusundan istifadə etmək özü bir “xoşbəxtlikdir”. Çünki bu avtobusda vaxt
çox tez və maraqlı keçir. Camaat hərəsi bir zarafat edir, lətifə danışır, hamı
öz bacardığı kimi ətrafındakılara bir neçə saniyəlik də olsa güıüş bəxş etməyə çalışır.
Avtobus
deyərkən sürücümüzü unutmaq olmaz. Sözün həqiqi mənasında “ata sənətini davam etdirən “ bu insan əlindən
gəldiyi qədər kənd sakinlərinə kömək etməyə çalışır. Kimi üçün dərman, ərzaq,
kimi üçün bankdan pul, kimi üçün dəvətnamə aparmaq ya gətirmək və s. kimi işləri
yerinə yetirən avtobusu kimi özü də unikal sürücü təsəvvürünüzə gətirin. Əlbəttə
ki bacarmadınız. Çünki yaşadığımız dövrdə belə insanlar barmaqla sayılacaq qədər
azdır. Yaşlı, təqaüdçü qadın ilə bu sürücü arasında çox adi olan, demək olar ki
hər gün baş verən sıradan bir dialoq:
Qadın:
-Namiq,
sabahın xeyir
Sürücü:
-Sabahın
xeyir ay xala, necəsən? Vallah dünən imkan olmadı pulu çıxara bilmədim
Qadın:
-Qurban
olum ay bala , bu gün mütləq gətir. Özüm gedə bilmirəm, görürsən yaşlı adamam.
Bir ayağım burda, bir ayağım gorda. Sən Allah ay bala bax neyniyirsən.
Sürüce:
-Oldu
xala, narahat olma gətirəcəm
Qadın:
-Gözləyirəm
oğlum. Çox sağ ol.
Hələ
avtobusun içindəki o atmosfer, insanların mehribanlığı bəlkə də çəkilməz kənd
yollarını, mürəkkəb şəraiti az da olsa yumşaldan yeganə vasitədir.
Comments
Post a Comment