Bacanaq, ay bacanaq

Deyir yandım aman bacanaq, öldüm aman, bacanaq, mənim günüm qaradı, bacanaq, ay bacanaq)))
Palatka toylarının musiqi repertuarından xəbəriniz olmamış olmaz. El arasında bozbaş, əttökən, qatıq mahnılar adı ilə məşhur olan toy mahnıları. Söhbət bu mahnılardan düşəndə bayağı, yüngül deyib keçdiyimiz , amma toyda qohumlar qolumuzdan darta-darta " sən allah oynamasan inciyərəm" dedikdə etiraz edəcək qədər cəsarətli olmayan bizlər sındıra sındıra oynayanda bu mahnılar bizə hətta "şirin" gəlir.
Hə, bundan başqa palatka toylarında hamı öz qohumlarını oynamağa çağırır və onun adına layiq mahnı "zakaz" verir. Məsələn, ən bərkgedən mahnılardan biri də elə bacanaq mahnısıdır. Nə qədər bayağı olsa da, bir mahnıda kişi özünün bütün həyatını ifadə edə bilib. Toy mahnısıından daha çox qadınlara, daha doğrusu,evdə  hakimiyyətdə olan qadınlara üsyan himninə oxşayan bu mahnı toylarda bacanaqların vazkeçilməzidir. Bacanaqlar sevincindən, şadlığından oynamır,gününün qara olmasından, arvadının əzazilliyindən şikayətlənir.)))
Normal oynasalar nə vardı ki. Çox vaxt içkili halda, özlərinin sözüylə desək, boğazını yaşlayandan sonra toyxanaya çıxan kişilərin gözü nə camaatı nə də öz arvadını görmür. Gözlərini yumub hər şeyə üsyan edərcəsinə oynayır. Bununla da ən azı bir ilik yığılıb qalmış deyilməz sözləri, stressi atır.
Görürsüz nigahda kəramət var deyirlər. Boşuna deyilməyib.


Comments